...

Rusiya istehsalı olan S-300 raketlərinin İrana təhvil verilməsinə başlandı

Siyasət Materials 21 Dekabr 2008 15:32 (UTC +04:00)
Rusiya istehsalı olan S-300 raketlərinin İrana təhvil verilməsinə başlandı

İran, Tehran, 21 dekabr/ Trend , müxbir: Ə. Namdari/ İran, Rusiyadan S-300 tipli hava hücumundan müdafiə sistemi alıbdır ki, onun quraşdırılması ilə İrana qarşı hava hücumları xeyli çətinləşəcək, buna görə də, bu, İranı hava hücumu ilə təhdid edən İsrail üçün daha çətin olacaq.

Rusiya və Amerikanın mötəbər mənbələri bildirirlər ki, İran bu sistemləri Rusiyadan alır və ekspertlərin rəyinə görə, bu sistemlə, radar əleyhinə qurğusu olmayan təyyarələrin fəaliyyəti müəyyən qədər çətinləşəcək.

Sözü gedən sistem, eyni vaxtda 100 hədəfi nişan ala bilər, onun zərbə endirmək gücü 200 km- məsafəyə çatır və 25000 metr yüksəkliyədək əməliyyat aparmaq iqtidarındadır.

Hərbi ekspertlərin bildirdiyinə görə, İsrail radar qurğusuna düşməyən döyüş təyyarələrinə malik deyil, amerikan təyyarələri isə S-300 sistemi ilə müyyən qədər rəqabət apara bilərlər.

İran Parlamentinin deputatı İsmayıl Kovsəri bugün bildirib ki, Rusiya tərəfindən  S- 300 tipli hava hücumundan müdafiə sisteminin İrana təhvil verilməsi prosesi başlayıb.

Kovsəri qeyd edib ki, bu qurğu İran İslam Respublikasının sərhədlərinin və ərazisinin müdafiəsinin gücləndirilməsi məqsədi ilə tətbiq olunur.

Sözü gedən raketlərin təhvil verildiyi bir vaxtda, İsrail və ABŞ bu hərbi müqaviləyə qarşı çıxırlar.

Xəbər lenti

Xəbər lenti