Gürcüstan, Tbilisi, 22 dekabr/ Trend , müxbir N.Kirçxaliya/ Azərbaycan Gürcüstanın "ən yaxın qonşusudur". Bu barədə bazarertəsi günü Bakıya səfərdən qabaq Gürcüstanın XİN-nin başçısı Qriqol Vaşadze deyib.
Onun sözlərinə görə, o bütün qonşu ölkələrə rəsmi səfərlər edəcək və onların arsında "ən yaxın qonşu Azərbaycandır".
Gürcüstanın XİN-nin başçısı 22-23 dekabr rəsmi səfərlə Azərbaycanda olacaq. Səfər çərçivəsində Vaşadze Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rəsizadə və öz azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşəcək. Gürcüstanın XİN-nin başçısı Ümummilli lider Heydər Əliyevin qəbrinə əklil qoyacaq, Tarix müzeyinə və köhnə şəhərə baş çəkəcək.
"Bir qədər əvvəl Gürcüstan və Azərbavycan beş il müddətinə qazın çatdırılması ilə bağlı "tarixi saziş imzalamışlar". Bizim münasibətlərimizdə problemimiz yoxdur, birgə mövqeylərin işlənməsini tələb edən bir sıra məsələlər var, bunun üçün də mən Bakıya gəlirəm", diplomat deyib. Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]