...

İranda boşanmış qadınların üçdə biri əxlaqsızlıqda günahlandırılır

Siyasət Materials 22 Dekabr 2008 18:33 (UTC +04:00)

İran, Tehran, 22 dekabr / Trend , müxbir A. Namdari/  Tehran şəhər İcra hakimiyyətinin qadınlar üzrə müşaviri bildirib ki, ötən 9 ayın statistik məlumatına əsasən, İran məhkəmələrində boşanmış qadınların üçdə birinə əxlaqsızlqla bağlı iş açılıb.

"Son illərdə  İran ailələrində yaşanan problemlər ailələrə zərər verir", -deyə Tehran şəhər İcra hakimiyyətinin qadınlar üzrə müşaviri Fərəhnaz Qəndfuruş dekabrın 22-də keçirdiyi mətbuat konfransında bildirib.

Qəndfuruş Iran ailələrində Qərb mədəniyyətinin təsiri və ailədə ata-ananın rolunun azalmasını tənqid edib.

O əlavə edib ki, boşanmadan qadınlar daha çox ziyan görür. Onlar boşandıqdan sonra özlərini maliyyə baxımından təmin etmək və övladlarını saxlamağa can atır.

"Statistk məlumata əsasən,  boşanmış qadınların üçdə birinə Iran məhkəmələrində əxlaqsızlıqla bağlı iş açılıb",-deyə Qəndfuruş bildirib.

Müşavir ölkədə boşanma hallarının qarşısının alınması məqsədilə dövlət tərəfindən büdcə ayrılmasını təklif edib. 

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected] 

Xəbər lenti

Xəbər lenti