...

Moskvada Rusiya-Azərbaycan sərhəddinin delimitasiyası müzakirə edilib

Siyasət Materials 23 Dekabr 2008 00:17 (UTC +04:00)
Moskvada Rusiya-Azərbaycan sərhəddinin delimitasiyası müzakirə edilib

Rusiya, Moskva, 23 dekabr / Trend müxb.R.Ağayev/ Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun Moskvaya səfəri və Rusiya tərəfi ilə görüşləri zamanı müzakirə edilən əsas məsələ Rusiya-Azərbaycan sərhəddinin delimitasiyası və ikitərəfli komissiyanın növbəti iclasına hazırlıq olub. Bu barədə Trend -a Rusiya XİN-indən xəbər veriblər.

XİN-dən bildiriblər ki, Xələfov Rusiya-Azərbaycan sərhəddinin delimitasiyası üzrə komissiyanın yeni təyin edilmiş həmsədri Vadim Posnovla görüşü zamanı komissiyanın növbəti iclasına hazırlığı ətraflı müzakirə edib.

Rusiyanın İnformasiya və Mətbuat Departamentindən bildirildiyinə görə, bazar ertəsi Moskvada Xələfov həmçinin Rusiya xarici işlər nazirinin müavini Q.Karasinlə də görüşüb, ikitərəfli münasibətlərin bir sıra aktual məsələlərini müzakirə edib.

Azərbaycan xarici işlər nazirinin müavini Rusiyanın təbii sərvətlər və ekologiya nazirinin müavini Stanislav Ananyevlə də görüşüb. Söhbət zamanı iki ölkənin ekologiya və təbii sərvətlərin istifadəsi sahəsində qarşılıqlı əlaqələr, həmçinin su ehtiyatlarının səmərəli istifadəsi məsələləri diqqət mərkəzində olub.

Xəbər lenti

Xəbər lenti