...

BBC - nin Tehrandakı ofisi bağlanıldı

Siyasət Materials 24 Dekabr 2008 16:14 (UTC +04:00)

İranın mədəniyyət və irşad nazirliyi BBC-nin Tehrandakı ofisinin baglanıldığını bildirib. Bu barədə  İranın Mehr xəbər agentliyi məlumat yayıb.  

"BBC  uzun müddət idi ki, Tehranda fəaliyyət göstərirdi, lakin səhvlər buraxdığı üçün, BBC - nin Tehrdandakı ofisi bağlandı",- deyə İranın mədəniyyət və irşad naziri Məhəmməd Hüseyn Səffar Herəndi  çərşənbə günü bildirib.

O əlavə edib ki, xarici xəbər agentlikləri fəaliyyətlərində diqqətli olmalıdır. Herəndi bildirib ki, hər kəs səhvlərinə görə özü məsuliyyət daşıyır və  onlara qarşı inzibati xətalar Məcəlləsində göstərildiyi kimi, ölçü götürüləcək.

Dekabrın 20-də İran Parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvi Məhəmməd Kərim Abidi İranın İLNA xəbər agentliyinə müsahibəsində Tehranda BBC-nin bir neçə əməkdaşının həbs olunduğunu bildirmişdi. Onlar Böyük Britaniyaya casusluqda ittiham olunurlar.

Abidi bildirib ki, BBC- nin müxbirləri müxtəlif qruplar təşkil etməklə, casus şəbəkəsi yaratmaq niyyətində olublar.

Xəbər lenti

Xəbər lenti