...

Azərbaycanın "Turan" futbol klubunun maliyyə problemləri həll olunub – PFL - in prezidenti

Siyasət Materials 26 Dekabr 2008 14:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 dеkаbr/ Trend , müxbir R.Ergün/ Maliyyə probelmərinə görə dağılmaq təhlükəsi ilə üzləşən Azərbaycanın "Turan" futbol klubu yeni sponsor tapıb. Bu barədə jurnalistlərə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev məlumat verib.

"Komanda rəhbərliyinin problemlərlə bağlı mənə məlumat verdiyi gündən bu məsələnin həlli ilə məşğul olurdum. Bu gün səhər yenidən "Turan"ın prezidenti ilə danışdım. Artıq problemlərin həll olunduğunu və sponsorlarla danışıqlar getdiyini bildirdi", cümə günü Trend Xəbərlər Şirkətinin konfrans zalında keçirilən mətbuat konfransında Musayev deyib.

"Turan" 1994 - cü ildə Azərbaycan çempionu olub. Hazırda 4 xalı olan komanda Premyer - Liqanın birinci dövrəsini sonuncu - 14 pillədə başa vurub.

Musayev bildirib ki, gələn mövsümdən Premyer-Liqada 12 komanda iştirak edəcək.

"Gələn mövsümdə klubların sayı 12 olacaq və Premyer-Liqa oyunları 4 dövrəli sistemlə keçiriləcək. İlk iki mərhələdə ən yaxşı 6 komanda müəyyənləşəndən sonra, bu klublar öz aralarında mükafatlar uğrunda mübarizə aparacaqlar. Qalan 6 komanda isə, Premyer -Liqadakı yerini qorumağa çalışacaq", - deyə Musayev əlavə edib.

Musayev əvvəllər "Neftçi" klubunun vitse - prezidenti olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti