...

Müsəlmanlar Qəzza əhalisini müdafiə etməlidirlər - İranın Ali dini rəhbəri

Siyasət Materials 28 Dekabr 2008 16:56 (UTC +04:00)
Müsəlmanlar Qəzza əhalisini müdafiə etməlidirlər - İranın Ali dini rəhbəri

İranın Ali dini rəhbəri Əli Xamenei İsrailin Qəzzaya hücumu ilə bağlı dekabrın 29-nu ümumi matəm günü elan edərək bildirib ki, dünya müsəlmanları Qəzza zolağında yaşayan əhalini müdafiə etməlidirlər.

Dekabrın 27-də İsral Qəzza zolağına hücum edərək, Həmas təşkilatının hərbi qərargahlarını bombardman edib. Hadisədə 282 nəfər, o cümlədən mülki əhali həlak olub.

İranın Fars xəbər agentliyinin məlumatına görə, İranın dini rəhbəri dekabrın 28-də bildirib ki, hər kəs Qəzza əhalisinin müdafiəsində həlak olsa, şəhid hesab olunur.

İranın dini rəhbəri sionistləri kafir adlandıraraq, ərəb ölkələrinin Qəzzaya hücum olunmasına reaksiya verməməsini pisləyib.

Xəbər lenti

Xəbər lenti