...

İran Çindən Qəzzəyə xüsusi nümayəndə göndərməsini xahiş edib

Siyasət Materials 29 Dekabr 2008 12:39 (UTC +04:00)

İranın xarici işlər naziri Çindən Fələstindəki vəziyyətlə yaxından tanış olmaq məqsədilə, Qəzzəyə xüsusi nümayəndə göndərməsini xahiş edib. Bu baradə İranın İRNA xəbər agentliyi məlumat yayıb.

Iranını xarici işlər nazirinin Asiya ölkələri üzrə müavini  Məhəmməd Mehdi Axundzadə bazar ertəsi  Çinin xarici işlər naziri Yanq Tsze Çi ilə görüşüb.

İran nümayəndəsi Çindən  Fələstindəki vəziyyəti araşdırmaq məqsədilə tezliklə Qəzzəyə  xüsusi nümayəndə göndərilməsini xahiş edib.

Axundzadə  İsraili Qəzzədəki "cinayətləri" ilə bağlı ittiham edib.  "Sionist rejimi  iki gündür ki,  Qəzzədə cinayətlər törədir. Bu cinayətlər bütün dünya ictimaiyyətini qorxuya salıb",-deyə  Axundzadə  bildirib.

Xəbər lenti

Xəbər lenti