...

Cundullahın qrupunun törətdiyi kamikadze partlayışında 150 İran hərbçisi həlak olub

Siyasət Materials 29 Dekabr 2008 13:35 (UTC +04:00)
Cundullahın qrupunun törətdiyi kamikadze partlayışında 150 İran hərbçisi həlak olub

İran, Tehran, 29 dekabr / Trend , müxbir A.Namdari/  Cundullah qrupu bazar ertəsi bayanat yayaraq bildirib ki,  İranın 150 hərbçisini öldürüb.

Cundullahın bəyanatında bildirilir ki,  bu qrupun bir üzvi  İranın Sarvan şəhər hərbi hissələrinin Mirsad, Rəsule Əkrəm və Fəth  bölmələrinə qarşı kamikadze hücumu təşkil edib. Hücum nəticəsində İran hərbçilərindən 150 nəfər həlak olub.

Kamikadze əməliyyatında minik avtomobilinə 2 tonluq   partlayıcı trotil maddəsi yerləşdirilib. Hücum zamanı  Sarvan şəhər hərbi hissəsinin mərkəzi binası tamamilə dağıdılıb.

Hərbi hissəyə hücum hərbi hissədə bazar ertəsi keçirilən həftəlik səhər yoxlanışı zamanı olunub. Yoxlanışda hərbi hissənin komandirləri və İranın Ali dini rəhbərinin xüsusi nümayəndəsi də iştirak edib.

Bəyanatda deyilir ki, kamikadze əməliyyatı  İranın Zabul şəhərindəki Əzimabad dini məktəbinin ötən ilin Ramazan ayında İranın təhlükəsizlik qüvvələri tərəfindən dağıdılmasına etiraz  olaraq həyata keçirilib.

Kamikadze əməliyyatını  Cundullah qrupunun rəhbərinin qardaşı Əbdül - Ğəfur Reygi  həyata keçirib. Bəyanatda  o da  bildirilib ki, tezliklə  şəhid Əbdül - Ğəfurun keçirdiyi əməliyyatın videolenti beynəlxalq mətbuatda yayımlanacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected] 

Xəbər lenti

Xəbər lenti