Azərbaycan, Bakı, 29 dekabr / Trend , müxbir B.Həsənov/ İslam Konfransı Təşkilatı Parlament Birliyinin Baş katibi Mahmud Erol Kılıç Israilin Qəzzəni raket atəşinə tutmasını kəskin tənqid edib.
"İsrailin Qəzzədə törətdikləri qəddarlıq və qətliamdır. Biz bunu daha təhlükəli təşəbbüslərə ilk addım kimi qiymətləndiririk,- deyə , İKT Parlament Birliyinin Baş katibi Kılıç Tehrandan telefonla Trend -a bildirib.
Dekabrın 27-də günorta saatlarından başlayaraq, İsrailin Hərbi Hava Qüvvələri Qəzzə zolağını raket atəşinə tutublar. Dekarbın 19 - da Həmas təşkilatı və Israil arasında müvəqqəti atəşkəsin başa çatmasından sonra, Həmas dörd fələstinlinin qətlinə cavab olaraq, Israilin Sederot va Aşkelon yaşayış məntəqələrini raket atəşinət tutub.
Israilin dekabrın 27 - də keçirdiyi hərbi əmaliyyatlar zamanı 310 nəfər həlak olub, 800 nəfər yaralanıb.
Həmas təşkilatının Qəzzədəki mətbuat xidmətindən Trend -a verilən məlumata görə, ölən və yaralananların əksəriyyəti qadın və uşaqlardır. Həmas və Islami Cihad ldierləri İsrail rəsmilərindən Qəzzədə törədilən cinayətlərə görə qisas alacaqlarını bildirblər.
Həmas İsrailin Qəzzə zolağının bombalamasına cavab olaraq ,Sederot və Aşkelon yəhudi məntəqələrinə 60 - a yaxın raket zərbəsi endirib. İsrail hökuməti Aşkelon və Sederotda fövqəladə vəziyyət elan edib.
Kılıç, müsəlman ölkələrinin parlamentlərinin İsrailin Qəzzəyə hücumu əleyhinə istənilən qərarını dəstəkləyəcəklərini deyib.
"Biz İKT Parlament Birliyinə üzv ölkələrin parlament sədrlərindən təşkilatın Qəzzədəki son hadisələrələ bağlı qərarlar qəbul etməsi üçün təkliflərini gözləyirik". - deyə Baş katib əlavə edib.
Kılıç, yaxın günlərdə təşkilata üzv olan müsəlman ölkələrinin parlament sədrlərinin və digər parlament təmsilçilərinin təcili toplantısının gözlənildiyini də bildirib. Gözlənilən toplantıda mühüm qərarlar veriləcəyini deyən Kılıç, parlament sədrlərinin qərarlarının ən az hökumətlərin verdikləri qərarlar qədər mötəbər olacağını bildirib.
"Biz bölgədə sülh və əmin - amanlığın təkrar təmin edilməsini tələb edirik", - deyə Kılıç əlavə edib.