...

İsrailin hücumlarının hədəfləri Qəzzənin dinc əhalisi yox, HƏMAS terrorçularıdır – İsrail XİN -in nümayəndəsi

Siyasət Materials 29 Dekabr 2008 17:12 (UTC +04:00)
İsrailin hücumlarının hədəfləri Qəzzənin dinc əhalisi yox, HƏMAS terrorçularıdır – İsrail XİN -in nümayəndəsi

Azərbaycan, Bakı, 29 dekabr/ Trend müxbir Y.Ostapenko/ "İsrailin  həyata keçirdiyi hücumlar terrorçuların bazaları üzrə nöqtə zərbələridir və dinc əhaliyə qarşı yönəlməyib", - İsrail Xarici İşlər Nazirliyinin nümayəndəsi Mixail Brodski bildirib.

"Biz dinc əhalini qətlə yetirmirik", - o, Qüdsdən telefonla Trend -a bildirib.

Brodskinin sözlərinə görə, İsrail Fələstin ərazisindən hücumların qarşısını almağa və Qəzzə Zolağında yerləşən HƏMAS təşkilatının terrorçularını məhv etməyə çalışır.

Son iki gün ərzində Qəzzədə qətlə yetirilənlərin şəkillərində yalnız hərbi geyimli şəxsləri görmək olar, - Brodski bildirib. Onun sözlərinə görə, bu, dinc əhaliyə qarşı hücumlar deyil, İsrail ərazilərini atəşə tutan hərbçilərdən, HƏMAS üzvlərindən söhbət getdiyindən xəbər verir.

"Öz məqsədimizə nail olacağımıza ümid edirik", - XİN nümayəndəsi vurğulayıb.

İsrail HHQ dekabrın 27-də Qəzzə Zolağını raket atəşinə tutub. Dekabrın 19-da HƏMAS və İsrail arasında barışığın müddəti başa çatdıqdan sonra, HƏMAS dörd fələstinlinin öldürülməsinə cavab olaraq, İsrailin Aşkelon və Sederot yaşayış məntəqələrini atəşə tutub. İsrailin hərbi əməliyyatları nəticəsində 310 nəfər həlak olub, daha 800 nəfər yaralanıb. HƏMAS-ın Qəzzədəki mətbuat xidmətindən Trend -a bildiriblər ki, zərərçəkənlərin əksəriyyəti qadın və uşaqlardır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan:  [email protected]

Xəbər lenti

Xəbər lenti