...

Rusiyanın Qələbə RLS - dən ABŞ - la birgə istifadəyə dair təklifi qüvvədə qalır - xarici işlər nazirinin birinci müavini

Siyasət Materials 29 Dekabr 2008 17:19 (UTC +04:00)
Rusiyanın Qələbə RLS - dən ABŞ - la birgə istifadəyə dair təklifi qüvvədə qalır - xarici işlər nazirinin birinci müavini

Rusiya, Moskva, 29 dekabr/ Trend , müxbir R.Ağayev/ Rusiyanın Qələbə RLS - dən ABŞ - la birgə istifadəyə dair təklifi əvvəlki kimi qüvvədə qalır, - RF xarici işlər nazirinin birinci müavini Andrey Denisov bazar ertəsi Moskvada Trend -un müxbirinin sualını cavablandıraraq bildirib. 

ABŞ - ın yeni administrasiyası müxtəlif səbəblərdən Avropada üçüncü mövqe rayonunun realizəsi planına dair ciddi çətinliklərlə qarşılaşacaq, - o hesab edir. "Biz heç bir şəkildə ABŞ administrasiyasına təzyiq göstərmirik, - Denisov deyib. - Biz hesab edirik ki, öz mövqeyimizi səsləndirmişik və indi  məsələ amerikalı tərəfdaşlarımızın üzərinə düşür".

Denisov, bu məsələnin qlobal sabitlik və təhlükəsizliyin daha geniş kontekstində nəzərdən keçiriləcəyinə ümid edir.

RƏM, strateji hücum silahları və qlobal təhlükəsizlik məsələləri üzrə Rusiya - Amerika razılaşmalarının yenilənməsi ilə bağlı olan daha geniş gündəliyin bir hissəsidir, - o hesab edir.

Rusiyanın təklifi "ən azı digər layihələrdən qənaətlidir". Belə ki, o, Azərbaycanın razılığı ilə artıq mövcud RLS - dən istifadəni nəzərdə tutur, - Denisov bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti