Azərbaycan, Bakı, 30 dekabr / Trend / Azərbaycan Respublikasi Prezidenti İlham Əliyev2008-ci il 30 dekabr tarixli sərəncamı ilə sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramını təsdiqləyib. "2009-2015-ci illərdə Azərbaycan Respublikasındasığorta-pensiya sisteminin inkişafına dairDövlət Proqramı" Dövlət sosial sığorta sistemində fərdi uçotun inkişafını, sığorta-pensiya sistemində yığım komponentinin tətbiqini, qeyri-dövlət pensiya institutlarının inkişafnı və s. nəzərdə tutur. Bu barədə AzərTAc Dovlət Informasiya Agentliyi məlumat yayıb.