...

Lənkəranda "Kərbəla" tamaşası nümayiş etdirilib

Siyasət Materials 4 Yanvar 2009 16:09 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 04 yanvar / Trend müxb. P.Əliyeva/  Nəcəf bəy Vəzirov adına  Lənkəran Dövlət Dram Teatrı dini mövzuda olan "Kərbəla" tamaşasını nümayiş etdirib.

Nəcəf bəy Vəzirov adina  Lənkəran Dövlət Dram Teatrı türk yazıçısı Bəkir Yıldızın "Kərbəla" əsəri əsasında hazırlanan tamaşanı Məhərrəmlik günlərində teatrsevərlərin ixtiyarina verib.

Tamaşa 14 əsr bundan öncə İraqın Kərbəla şəhərində 72 nəfərlə birgə şəhidlik zirvəsinə çatan İmam Hüseynin şücaətindən bəhs edir. Tamaşanın quruluşçu rejissoru, Respublikanın əməkdr artisti Təvəkkül Əliyevin verdiyi  məlumata görə, tamaşanın hazirlanmasında əsas məqsəd Kərbəla hadisələri zamanı İslam aləminin müqəddəs şəxslərindən biri olan Həzrəti Hüseyn Əleyhissəlam və tərəfdarlarının haqsızlıq və zülmə qarşı mübarizəsini tamaşaçılara  çatdırmaq, uzun illər ərzində Kərbəla hadisələri ilə bağlı formalaşan bəzi yanliş təsəvvürlərin aradan qaldırılmasına nail olmaqdır.

Tamaşada teatrın təcrübəli, peşəkar aktyorları ilə bərabər, gənc aktyorları da  istedad və bacarıqlarını nümayiş etdiriblər.

"Kərbəla" şəbeh tamaşası Lənkəran Dövlət Dram Teatrının direktoru İslam  Həsənovun təşəbbüsü ilə səhnələşdirilib. Tamaşanın məsləhətçisi isə Qafqaz Müsəlmanları  İdarəsinin cənub bolgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Sədi Axundzadədir.

Bu tamaşa Nəcəf bəy Vəzirov adına  Lənkəran Dövlət Dram Teatrında dini mövzuda səhnələşdirilən ilk səhnə əsəridir.

Xəbər lenti

Xəbər lenti