...

Azərbaycanın müxalif deputat qrupu yeni qanun layihəsi hazırlayır

Siyasət Materials 6 Yanvar 2009 15:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 yanvar / Trend , mwxbir A.Hüseynbala/ Azərbaycan müxalifətinin deputat qrupu ana və uşaqların müdafiəsini nəzərdə tutan yeni qanun layihəsi hazırlayır.

"Layihədə maddi vəziyyətdən asılı olmayaraq 18 yaşına qədər bütün uşaqlara dövlət büdcəsi hesabına müavinətlərin ayrılmasını nəzərdə tutan müddəa əksini tapacaq", - çərşənbə axşamı Trend -a deputat qrupunun üzvü, müxalif Xalq Partiyasının sədri Pənah Hüseyn bildirib.

Trend -un arayışı: Azərbaycan müxalifətinin deputat qrupu 2005-ci ilin noyabr ayında keçirilən parlament seçkisindən sonra yaradılıb. Qrupda müxalif Müsavat Partiyasının dörd üzvü - Nəsib Nəsibli, Arzu Səmədbəyli, İkram İsrafil, İltizam Əkbərli və Xalq Partiyasının sədri Pənah Hüseyn təmsil olunur.

İndiyə qədər müxalifət deputat qrupu Milli Məclisin Aparatına 9 qanun layihəsi təqdim edib - "Neft və qaz haqqında", "Seçki Məcəlləsinə əlavə və dəyişikliklər haqqında" qanun layihələri parlamentin müvafiq komissiyalarında müzakirə olunub. Parlamentə təqdim olunan layihələr arasında "Xocalı soyqırımının tanınması haqqında", "PKK-nın və digər terrorçu təşkilatların tanınması haqqında", Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi, eləcə də "Müxalifətçılık fəaliyyəti haqqında" layihələr də var.

Hüseyn deyib ki, ana və uşaqların müdafiəsini nəzərdə tutan yeni qanun layihəsi parlamentin yaz sessiyası başlanan dövrdə təqdim olunacaq.

Milli Məclisin yaz sessiyası hər il fevralın əvvəlində başlayır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]



Xəbər lenti

Xəbər lenti