...

Gürcüstanın xarici işlər naziri Vaşınqtona  səfərə gedib

Siyasət Materials 8 Yanvar 2009 19:08 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 08 yanvar / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze yanvarın 8-də Vaşinqtona   səfərə gedib Bu  barədə ölkənin xarici siyasət idarəsindən  məlumat verilib.

Vaşinqtonda Gürcüstan və ABŞ arasında strateji əməkdaşlıq haqqında Xartiyanı ABŞ - ın Dövlət Katibi Kondoliza Rays və Qriqol Vaşadze imzalayacaqlar.

Strateji sənəddə iki ölkə arasında əməkdaşlığın dərinləşməsi, müdafiə, iqtisadiyyat, energetika, demokratik islahatlar, diplomatiya və mədəniyyət sahələrində əməkdaşlığın genişlənməsi nəzərdə tutulur.  

Yaxın Şərqdəki vəziyətlə əlaqədar, Xartiyanın yanvarın 4-də  imzalanması baş tutmamışdı.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti