...

Fikir plüralizmi Azərbaycanda demokratik dəyişikliklərin əsasıdır – Prezidentin İcra Aparatının şöbə müdiri

Siyasət Materials 10 Yanvar 2009 15:00 (UTC +04:00)
Fikir plüralizmi Azərbaycanda demokratik dəyişikliklərin əsasıdır – Prezidentin İcra Aparatının şöbə müdiri

Azərbaycan, Bakı, 10 yanvar/ Trend , müxbir S.Ağayeva/ Ölkə Konstitusiyasına dəyişikliklərin edilməsi üzrə referendumun keçirilməsi ilə bağlı Azərbaycanda yaradılan təşəbbüs qrupları yalnız müxtəlif mövqelərin təzahürüdür, - Azərbaycan Prezidenti İcra Aparatının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov hesab edir.

"Konstitusiyaya dəyişikliklər ictimai müzakirələr və diskusiyaların keçirilməsini tələb edir. Təbii ki, müəyyən qruplar bu və ya digər düzəlişlərlə bağlı öz narazılıqlarını bildirə, cəmiyyətin digər qrupları öz razılığını və ya nəyisə dəyişmək istəyini ifadə edə bilərlər", - Aslanov şənbə günü Trend -a bildirib.

Azərbaycan parlamenti ötən ayın sonunda keçirilən iclasında Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsi ilə bağlı referendumun martın 18-də keçirilməsi barədə qərar qəbul edib.

Konstitusiyanın 29 maddəsinə dəyişiklik edilməsinə dair referendumun keçirilməsi barədə qərar verilib.

Azərbaycan Respublikası Konstitusiyasının mətninə dəyişikliklər yalnız referendum vasitəsilə daxil edilə bilər (maddə 152). AR Konstitusiyasının mətninə dəyişikliklər Milli Məclis və ya prezident tərəfindən təklif edilirsə, o zaman təklif edilən dəyişikliklər üzrə əvvəlcədən AR Konstitusiya Məhkəməsinin qərarı alınmalıdır (maddə 153).

Azərbaycan Konstitusiyası 1995 - ci ildə referendum yolu ilə qəbul olunub, 2002 - ci ildə Əsas Qanuna əlavə və dəyişikliklər edilib.

Aslanov hesab edir ki, fikir plüralizmi demokratik dəyişikliklərin əsasıdır, müvafiq olaraq bu və ya digər təşəbbüs qrupları yalnız rəylərin, mövqelərin, baxış və görüşlərin müxtəlifliyinin təzahürüdür ki, bu da demokratik cəmiyyət üçün tamamilə təbiidir.

Onun rəyinə görə, bütün bunları Azərbaycan dövlətinin və cəmiyyətinin demokratik inkişaf kontekstində qəbul etmək lazımdır ki, burada da plüralizm müasir inkişafın bünövrəsinin əsasıdır.

"Cəmiyyət öz sözünü martın 18-də deyəcək və biz bütün təşəbbüs qruplarının işlərinin yekunlarını biləcəyik", - o deyib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti