...

Obama da tənqidlə qarşılaşacaq – Amerika prezidenti - ƏLAVƏ OLUNUB

Siyasət Materials 12 Yanvar 2009 18:57 (UTC +04:00)
Obama da tənqidlə qarşılaşacaq – Amerika prezidenti - ƏLAVƏ OLUNUB

Azərbaycan, Bakı, 12 yanvar/ Trend /Heç kəs tənqiddən qaça bilməz, - Corc Buş hesab edir və  tənqidə neytral yanaşır.

"Mənim qəbu etdiyim qərarlar brokerləri deyil,  zəhmətkeş amerikalıları xilas etməyə yönəlmişdi", - ABŞ prezidenti Corc Buş Vaşinqtonda vida mətbuat konfransında bildirib.

Prezident Barak Obama da tənqidlə qarşılaşacaq, - Buş hesab edir.

"Obamanın iqtisadiyyatla xeyli problemi olacaq", - o deyib.

Buş hesab edir ki, Obamanın da çoxlarının xoşuna gəlməyən qərarlar qəbul etməli ol acağı məqamlar olacaq.

"Prezident olmaq gözlədiyin problemləri həll etmək yox, gözləmədiyin problemləri həll etmək deməkdir", - Buş deyib.

ABŞ - ın 43-cü prezidenti Buş yeni seçilmiş prezident Obamaya uğurlu və daha yaxş fəaliyyət arzulayıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti