...

"Nüvə  terrorçuluğu əməlləri ilə mübarizə haqqında" beynəlxalq Konvensiyanın təsdiq edilməsi barədə Qanun gəbul edilib

Siyasət Materials 14 Yanvar 2009 18:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 yanvar/ Trend / "Nüvə  terrorçuluğu əməlləri ilə mübarizə haqqında" beynəlxalq Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu gəbul edilib. Bu barədə Azər TAc  dövlət agentliyi məlumat yayıb.

Milli Məclis tərəfindən qəbul olunan Qanuna əsasən, "Nüvə terrorçuluğu əməlləri ilə mübarizə haqqında" Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2005-ci il aprelin 13-də qəbul olunmuş Beynəlxalq Konvensiya Azərbaycan Respublikasının ona dair qeyd-şərti və bəyanatı  ilə təsdiq edilib. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş  Qanunun dərc edildiyi gündən qüvvəyə mindiyi bildirilir.

Xəbər lenti

Xəbər lenti