...

Əfqanıstanda vertolyot qəzaya uğrayıb (YENİLƏNİB)

Siyasət Materials 15 Yanvar 2009 15:49 (UTC +04:00)
Əfqanıstanda vertolyot qəzaya uğrayıb (YENİLƏNİB)

Əfqanıstan, Kabil, 15 yanvar/ Trend , müxbir A.Hakimi/ Əfqanıstan Milli Ordusuna məxsus vertolyot Herat vilayətinin  Andaskar şəhərində yerə düşüb.

Qəzada on üç nəfər həlak olub. Heratın rəsmi nümayəndələri  hadisəni qeyri-sabit hava şəraiti və pis görmə ilə əlaqələndirirlər.

Əfqanıstan Müdafiə Nazirliyinin nümayəndəsi general Əzimi   Trend - un xüsusi müxbiri ilə söhbətində Fərəh vilayətinə uçan vertolyotun qəzaya uğradığını təsdiq edib. 

Onun sözlərinə görə,  həlak olanlar arasında Əfqanıstanın qərb zonasının baş komandiri Fəzəl Əhməd Syar da  var.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti