...

Azərbaycan hakimiyyəti müxalifətin antireferendum fəaliyyətindən qətiyyən narahat deyil - Prezidentin İcra Aparatının şöbə müdiri

Siyasət Materials 16 Yanvar 2009 10:54 (UTC +04:00)
Azərbaycan hakimiyyəti müxalifətin antireferendum fəaliyyətindən qətiyyən narahat deyil - Prezidentin İcra Aparatının şöbə müdiri

Azərbaycan, Bakı, 16 yanvar / Trend , müxbir C.Babayeva/ Azərbaycan hakimiyyəti müxalifətin antireferendum fəaliyyətindən qətiyyən narahat deyil.

"Təəssüflər olsun ki, müxalifət bütün fəaliyyətini "anti" üzərində qurur. 10 illərdir ki, müxalifətin bütün aksiya və tədbirlərinin, kampaniyalarının önündə "anti" sözü olur. Anti fəaliyyətləri də ona gətirib çıxarır ki, bunlar neçə illərdir, müxalifətdə qala-qala hərəkət edirlər. Neçə il bundan sonra müxalifətdə qalacaqlar, bəlli deyil", - cümə günü Trend -a Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.

Trend -un arayışı: Azərbaycanın hakim partiyası "Yeni Azərbaycan", müxalif Müsavat Partiyası "Respublikaçılar" referendum üzrə təşəbbüs qrupları yaradıblar. Mərkəzi Seçki Komissiyası YAP-ın təşəbbüs qrupunun qeydə alınması üçün imza vərəqələri verib.

"Azadlıq" blokuna daxil olan Xalq Cəbhəsi, Milli Birlik Hərəkatı, Vətəndaş və İnkişaf partiyaları, o cümlədən "Azərbaycan Naminə" İctimai Forum,  Demokrat Partiyası və bir sıra qeyri - hökumət təşkilatları "Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı", Klassik Xalq Cəbhəsi, Azadlıq, Milli Demokrat, Böyük Azərbaycan və Xalq patiyalarının təmsil olunduğu Demokratiya Uğrunda İttifaq "Azərbaycan Xalq Cümhuriyyəti", Azərbaycan Milli İstiqlal Partiyası isə "Milli İstiqlal" təşəbbüs qrupunun yaradılması barədə qərar veriblər.

Referendumu dəstəkləmək məqsədilə mətbuat "Azad söz", Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və bir sıra QHT-lər İctimai Təşkilatların Təşəbbüs Qrupu, Azərbaycan Hüquqşünaslar Konfederasiyası "Hüquq və Demokratiya" Təşəbbüs Qrupunu təsis ediblər.  

Həsənovun sözlərinə görə, referendumda kimin hansı dəstəyi qazanacağı ümumxalq səsvermə günü məlum olacaq. "Səsvermə günü müxalifətə və referendumun lehinə keçirilən kampaniyalara olan dəstəyi qiymətləndirəcəyik", - şöbə müdiri bildirib. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti