...

Ukrayna və Çin yeni təyyarə istehsalı imkanlarını nəzərdən keçirirlər

Siyasət Materials 19 Yanvar 2009 19:56 (UTC +04:00)

Ukrayna, Kiyev, 19 yanvar / Trend , müxbir Z.Novsvitski/ Ukraynanın Müdafiə Nazirliyi Çinlə birlikdə yeni L -15  hərbi-təlim təyyarəsinin birgə istehsalı mümkünlüyünü nəzərdən keçirir.

Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, bu haqda müdafiə naziri Yuri Yexanurov, Ukrayna hərbi nümayəndə heyətinin Çin Xalq Respublikasına beşgünlük səfərinin yekunları ilə bağlı bildirib.

L -15 təyyarəsi - "Eyrşou Çayna -2008" aviasalonunda nümayiş etdirilmiş yeni təyyarədir. O, Ukraynanın "Proqress" konstruktor bürosu və "Motor Siç" ASC-nin istehsalı olan mühərriklərlə təchiz edilib.

"Bizim belə layihələri həyata keçirməyə  kifayət qədər gücü var. İndi biz aviatəmir müəssisələrimizin texnoloji imkanlarını öyrənib, Çinin nümayəndələri ilə belə hərbi-təlimi təyyarələrinin mümkün istehsalı  baxımından konkret danışıqlar aparacağıq", - deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, Ukraynanın Çin və Rusiya Federasiyası müəssisələrinin iştirakı ilə mümkün əməkdaşlıq imkanları çox maraqlı və perspektivlidir.

"Hesab edirəm ki, artıq danışıqlarımızı üçlükdə aparmaq və birgə layihələr haqda anlaşmaq vaxtı gəlib çatıb. Burada söhbət hərbi-sərnişin təyyarələri, dəniz aviasiyası zabitlərinin, dəniz gəmilərinin hazırlanmasından gedir. Məncə, bu əməkdaşlıq mövzusunun gələcəyi var. Çox istərdik ki, bu bizim rus həmkarlarımız tərəfindən də qəbul edilsin", - Yexanurov qeyd edib.

Kiyevin NATO-ya inteqrasiya kursu elan etməsi kontekstində Ukrayna - Çin hərbi-texniki əməkdaşlığının inkişafından danışarkən Yexanurov qeyd edib ki, çinli həmkarları buna anlamlı yanaşır.

Ukraynanın müdafiə naziri Yexanurovun başçılıq etdiyi Ukrayna hərbi nümayəndə heyəti yanvarın 13 - 18 - də Çin Xalq Respublikasında səfərdə olub.

Məqalənin müəllifi ilə əlaqə saxlamaq üçün: [email protected]

Xəbər lenti

Xəbər lenti