...

İranın təhlükəsizlik nazirliyi BBC-nin Fars redaksiyasının əməkdaşlarını həbs edib

Siyasət Materials 22 Yanvar 2009 13:40 (UTC +04:00)

İran, Tehran, 22 yanvar / Trend , müxbir A.Namdari/ İran parlamentinin xairici siyasət və milli təhlükəsizlik komissiyanın ikinci sədr müavini bildirib ki, İranın təhlükəsizlik nazirliyi BBC-nin fars redaksiyasının bir neçə əməkdaşını  İranda həbs edib. Onlar İranda jurnalistika fəaliyyəti altında məxməri inqilab etmək niyyətində olublar. 

İran mətbuatının cümə axşamı yaydığı məlumata əsasən,  İran parlamentinin xairici siyasət və milli təhlükəsizlik komissiyanın ikinci sədr müavini Hüseyn Subhaniya bildirib ki, həbs olunan qrup Ramazan ayından öncə  İranın daxilində işçi qüvvəsi toplamağa başlayıb. "Təhlükəsizlik nazirliyi Ramazan ayında bu qurupa qarşı əməliyyat hazırlayıb.  Onlar jurnalistika fəaliyyəti adı ilə ölkədə İran İnqilabına müxalif fikirlər yayaraq əhali arasında ixtilaf yaratmaq istəyiblər",-deyə Sübhaniya bildirib.

Sübhaniya jurnalistlərin "milli təhlükəsizlik naziri nə üçün ötən həftənin çərşənbə günü keçirdiyi mətbuat konfransında bu haqda məlumat verməyib" sualının cavabında bildirib ki, təhlükəsizlik naziri mövzu mətbuata aid olduğu üçün  İranın mədəniyyət və İrşad naziri ilə razılaşdırmaq və  bu məsələnin İrşad nazirliyi tərəfindən açıqlanmasını istəyib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]  

Xəbər lenti

Xəbər lenti