...

Rusiya prezidentinə fəxri doktor adı verib

Siyasət Materials 23 Yanvar 2009 16:23 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 23 yanvar / Trend müxbir T.Jukov/  "Əsas danışıq prosesinin yekunlaşmasından sonra Dmitri Medvedyev Özbəkistan Dünya İqtisadiyyatı və Diplomatiyası Universitetinə baş çəkib", - Özbəkistan prezidentinin mətbuat xidmətindən məlumat verilib. Səfər zamanı Rusiya prezidentini onun özbəkistanlı həmkarı İslam Kərimov müşayiət edib.

Özbəkistanın ən böyük universitetlərindən birində Dmitri Medvedyev ali təhsil məktəbinin professor və müəllim heyəti, eləcə də tələbələrlə söhbət edib. Rusiya prezidentinə Özbəkistan Dünya İqtisadiyyatı və Diplomatiyası Universitetinin fəxri doktoru adı verilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti