Gürcüstan, Tbilisi, 23 yanvar/ . Trend , müxbir N.Kirtsxaliya/ "Gürcüstan demokratik dövlətdir və bizim silahdaşlarımızın müxalifətə getməsi prosesi buna sübutdur", - ölkə prezidenti Mixail Saakaşvili cümə günü Gürcüstan İctimai televiziyasının birbaşa efirində bəyan edib. "Ölkəmizdə hər kəs özünü necə istəsə apara bilər və bu azadlıq və demokratiyanın təzahürüdür", - dövlət başçısı vurğulayıb.
Onun sözlərinə görə, hər gün ölkə əhalisi müxalifətin ağlına nə gəlsə, onu eşidə və görə bilər.
"Məsələn, səhər Kukava [Mühafizəkarlar Partiyasının liderlərindən biri] ayılacaq və axşam hər kəs onun yuxuda nə gördüyünü görə və eşidə biləcək", - Saakaşvili deyib.
Prezident həmçinin vurğulayıb ki, Gürcüstan "müxalifətçinin üç saat ərzində TV-nin birbaşa efirində ölkədə demokratiyanın olmaması barədə danışa biləcəyi ölkədir".
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]