...

Qaz münaqişəsi Ukraynanı NATO-dan uzaqlaşdırmayıb – Böyük Britaniyanın müdafiə naziri

Siyasət Materials 26 Yanvar 2009 20:49 (UTC +04:00)

Ukrayna, Kiyev, 26 yanvar/ Trend , müxbir Z.Novsvitski/ Bir müddət əvvəl baş vermiş Ukrayna-Rusiya qaz  münaqişəsi Kiyevin Avroatlantik meyllərinə təsir göstərməyib, - Ukraynada rəsmi səfərdə olan Böyük Britaniyanın beynəlxalq təhlükəsizlik və müdafiə işləri naziri Enn Teylor bəyan edib.

"Düşünmürəm ki, Ukrayna qaz böhranına görə NATO-ya doğru irəliləməsindən geri çəkilib", - nazir deyib.

Böyük Britaniya Ukraynanın Avroatlantik inteqrasiyasının qızğın tərəfdarı olaraq qalır və onun ölkəsi bu istiqamətdə bütün zəruri köməyi göstərəcək, - Teylor bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti