...

Azərbaycanın prezidenti Macarıstanın Baş naziri ilə görüşüb

Siyasət Materials 26 Yanvar 2009 23:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 yanvar/ Trend / Azərbaycan prezidenti İlham Əliyev Budapeştdə Parlament binasında Macarıstanın Baş naziri Ferents Dyurçan ilə görüşüb. Məlumatı AzərTAC dövlət agentliyi yayıb.

Görüşdə Azərbaycan ilə Macarıstan arasında əlaqələrin siyasi-iqtisadi, humanitar sahədə uğurla inkişaf etdiyi bildirildi, bu əlaqələrin daha da genişləndirilməsi üçün geniş potensialın olduğu vurğulandı. Söhbət zamanı yanvarın 27-də keçiriləcək Nabukko sammitinin əhəmiyyəti, habelə, Azərbaycanın Avropanın enerji təhlükəsizlik sistemində rolu, önəmi qeyd olundu.

Görüşdə ölkələrimiz arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edildi, bu əlaqələrin Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın genişlənməsi baxımından əhəmiyyətli olduğu bildirildi.

Xəbər lenti

Xəbər lenti