...

Azərbaycanın müxalifət partiyasında referendumla bağlı fikir ayrılığı yaranıb

Siyasət Materials 27 Yanvar 2009 16:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 yanvar / Trend , müxbir A.Hüseynbala/ Azərbaycanın müxalif partiyasının rəhbərliyində, müxalfətin referendumla bağlı təsis etdiyi təşviqat qrupuna qoşulmaqla bağlı, ziddiyyət yaranıb.

"Mən rəhbərlikdə təmsil olunan funksionerlərin hər hansı məsələ ilə bağlı təklifini partiyanın müvafiq qurumlarında irəli sürməsinin tərəfdarıyam", - çərşənbə axşamı Trend - a referendumla bağlı təsis edilmiş "Azərbaycan Xalq Cümhuriyyəti" təşviqat qrupunda təmsil olunan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu bildirib.

Trend - un arayışı: Martın 18 - də Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçiriləcək.

Referendum üzrə  bugünəd ək14 təşəbbüs qrupu yaradılıb. Bunlardan dördü imza vərəqələrini MSK-ya təhvil verib. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) referendum üzrə "Yeni Azərbaycan" təşəbbüs qrupu yanvarın 22-də Mərkəzi Seşki Komissiyasında təşviqat qrupu kimi qeydə alınıb.

Azərbaycanın Konstitusiyası 1995 - ci ildə qəbul edilib, 2002 - ci ildə Əsas Qanuna əlavə və dəyişikliklər edilib.

Mirəlioğlu deyib ki, Ali Məclis sədrinin, KXCP-nin müxalifətin birliyi naminə bir qrup partiyanın referendumla bağlı təsis etdiyi "Qarabağ və Respublika Uğrunda Hərəkat" təşviqat qrupuna daxil olması təklifini ilk dəfə eşidib: "Kimin belə təklifi varsa, onu partiya daxilində müzakirəyə çıxarmaq imkanı var", - sədr əlavə edib.

"Müxalifətin birliyi ilə bağlı təkliflərimi hər zaman irəli sürsəm də, təəssüf ki, indiyədək kollegial orqanlarda müzakirə olunmayıb", - çərşənbə axşamı Trend - a KXCP Ali Məclisinin sədri Zəlimxan Məmmədli bildirib.

Onun fikrincə, KXCP Demokratiya Uğrunda İttifaqda təmsil olunan partiyalarla referendumla bağlı ayrıca təşviqat qrupu təsis etməməliydi: "Mən, həmişəki kimi, yenə müxalifətin birliyinin tərəfdarıyam. Ona görə, düşünürəm ki, KXCP referendum məsələsində müxalifətin birliyi naminə, "Qarabağ və Respublika Uğrunda Hərəkat"ın sıralarına qoşulmalıdır", - Məmmədli vurğulayıb.  

2006 - cı ilin mаrt аyındа Klаssik Хаlq Cəbhəsi Pаrtiyаsının təsis qurultаyı kеçirilib. Həmin vахtа qədər pаrtiyа Аzərbаycаn Хаlq Cəbhəsi Pаrtiyаsı аdınа iddiа еdirdi və "Klаssiklər" АХCP-si kimi tаnınırdı. Аzərbаycаnın еks - prеzidеnti, АХCP - nin sədri Əbülfəz Еlçibəyin müаvini оlmuş Mirmаhmud Mirəliоğlu, 2000 - ci ildə pаrtiyаnın iki yеrə pаrçаlаnmаsındаn sоnrа, "Klаssiklər" qаnаdınа sədrlik еdib. 2006 - cı ildə pаrtiyаnın аdındа dəyişiklik еdilərək KХCP аdlаndırılıb. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]



Xəbər lenti

Xəbər lenti