...

Ekspertlər Azərbaycan-Rusiya sərhədinin razılaşdırılmamış sahələri üzrə materiallar hazırlayıblar

Siyasət Materials 28 Yanvar 2009 14:31 (UTC +04:00)
Ekspertlər Azərbaycan-Rusiya sərhədinin razılaşdırılmamış sahələri üzrə materiallar hazırlayıblar

Azərbaycan, Bakı, 28 yanva/ Trend , müxbir V.Məmmədov/ Azərbaycan və Rusiya arasında dövlət sərhədlərinin razılaşdırılmamış sahələri üzrə materiallar hazırdır və yaxın vaxtlarda sərhədlərin delimitasiyası və demarkasiyası üzrə dövlətlərarası komissiyanın iclasında nəzərdən keçiriləcək.

"İndi materialların müzakirəsi üçün rusiyalı həmkarların gəlişini gözləyirik", - Azərbaycanın Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov çərşənbə günü Trend -a bildirib.

Azərbaycan və Rusiya arasında üç razılaşdırılmamış sahə qalıb - Azərbaycan, Rusiya və Gürcüstanın sərhədlərinin kəsişməsində, Balakən rayonu ərazisində, Qusar rayonunda Samur çayının mənsəbi yanında, eləcə də Xaçmaz rayonunda meşə massivi ilə tutulmuş sahə.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti