...

Bişkekdə MDB-yə üzv dövlətlərin Gənclərlə İş Şurasının iclası keçiriləcək

Siyasət Materials 28 Yanvar 2009 20:41 (UTC +04:00)

Qırğızıstan, Bişkək, 28 yanvar/ Trend , müxbir R.Məşədihəsənli/ Yanvarın 29-30-da Bişkekdə MDB-yə üzv dövlətlərin Gənclərlə İş Şurasının iclası keçiriləcək. Bu barədə Trend -a Qırğızıstanın Gənclərlə İş Departamentinin əməkdaşı Ayjan Muratova məlumat verib.Muratovanın sözlərinə görə, iclasda həm milli, həm də dövlətlərarası səviyyədə gənclər siyasətinin həyata keçirilməsi, çoxplanlı gənclər əməkdaşlığının inkişaf perspektivlərinə dair məsələlər nəzərdən keçiriləcək. Bundan başqa, MDB ölkələri Gənclər ilinə həsr olunmuş tədbirlər planı təsdiq ediləcək.

MDB-yə üzv dövlətlərin Gənclərlə İş Şurasının Qırğızıstanda keçirilən birinci iclası MDB ölkələrinin Gənclər ilini açan birinci geniş tədbirdir. Gənclər ili barədə qərar, MDB Dövlət Başçıları Şurasının ötən il Bişkek şəhərində keçirilmiş iclasında qəbul edilib.

Azərbaycanı  tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti