...

Türkiyə və Ermənistan xarici işlər nazirləri Davosda yenidən görüşəcəklər

Siyasət Materials 29 Yanvar 2009 10:52 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Əli Babacanla Ermənistan xarici işlər naziri Edvard Nalbandyan arasında dünən axşam keçirilən görüşdən sonra, bu gün onların yenidən görüşməsi nəzərdə tutulub. Bu barədə Türkiyənin "Sabah" qəzeti məlumat verib.

Dünənki görüşdən sonra jurnalistlərin suallarını cavablandıran Babacan ikitərəfli görüşlərin davam etdiriləcəyini və konkret nəticə əldə olunarsa, bu barədə açıqlama verəcəklərini bildirib. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun da Davosda olmasına baxmayaraq, türkiyəli nazir üçtərəfli görüşün nəzərdə tutulmadığını deyib.

Xəbər lenti

Xəbər lenti