...

Azərbaycanın gənclər təşkilatlarına dəstək məqsədilə beynəlxalq mərkəz açılacaq

Siyasət Materials 29 Yanvar 2009 13:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 yanvar / Trend , müxbir C.Babayeva/ Azərbaycanın gənclər təşkilatlarının səmərəli fəaliyyət göstərməsi üçün 2 fevral - Gənclər günü ilə əlaqədar Bakıda Beynəlxalq Gənclər Mərkəzi açılacaq.  

"Gənclər təşkilatlarının tədbirlərinin keçirilməsi üçün konkret məkanın olmaması problem olaraq qalır. Beynəlxalq Gənclər Mərkəzi Azərbaycanda yeganə mərkəz olacaq ki, gənclər təşkilatlarına dəstək verəcək, onların layihə və tədbirlərinin həyata keçirilməsi üçün məkan olacaq", - cümə axşamı Trend -a Azərbaycan Könüllüləri İctimai Birliyinin (AKİB) sədri Səbuhi Rzayev məlumat verib.

Trend -un arayışı:  2 fevral 1996-cı il tarixində Gənclər və İdman Nazirliyinin təşəbbüsü və Azərbaycan prezidentinin sərəncamı ila Azərbaycan gənclərinin I forumu keçirilib. 

Prezidentin 1997-ci ildə imzaladığı sərəncama əsasən, forumun keçirilmə günü 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur.

Azərbaycan əhalisinin 60 faizini 14-20 yaş arasında olan yeniyetmə və gənclər təşkil edir. Ölkədə 180-nə yaxın uşaq və gənclər təşkilatı fəaliyyət göstərir.

Rzayev bildirib ki, Mərkəz həmçinin xarici ölkələrdən Azərbaycana səfərə gələn gənclərin qalması üçün yer olacaq. "Azərbaycanda təəssüf ki, gənclər evi yoxdur və xaricdən gələn gənclərin mehmanxanalarda qalmaq üçün imkanları olmur. Mərkəzin yaradılmasının məqsədlərindən biri də bu problemin qismən aradan qaldırılmasına kömək etməkdir", - o deyib.

AKİB sədri Azərbaycan Beynəlxalq Gənclər Mərkəzinin səkkiz otaq, konfrans, treninq zalı və restorandan ibarət olacağını bildirib.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti