...

Avropa İttifaqı ilə əlaqələrimizi daha da inkişaf etdirmək istəyirik – Azərbaycan prezidenti

Siyasət Materials 29 Yanvar 2009 18:33 (UTC +04:00)
Avropa İttifaqı ilə əlaqələrimizi daha da inkişaf etdirmək istəyirik – Azərbaycan prezidenti

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda çıxış edib, -- CNN -Turk xəbər verib. Çıxışında Azərbaycan və Avropa İttifaqı arasındakı əlaqələrdən danışan prezident Əliyev ikitərəfli münasibətlərin səviyyəsindən məmnun olduqlarını bildirib.

"Aİ -Azərbaycan münasibətləri yaxşı səviyyədədir. Biz Aİ ilə əməkdaşlığın səviyyəsindən məmnunuq və bu əməkdaşlığın daha da inkişaf etdirilməsini istəyirik", - deyə Əliyev bildirib.

Prezident  qeyd edib ki, Azərbaycan və AI 2 il əvvəl strateji enerji əməkdaşlığı müqaviləsini imzalayıb və hazırda enerji nəqli məsələsində əməkdaşlıqla bağlı müzakirələr aparılır.  "Bunlar əhəmiyyətli hadisələrdir. Bizim əlaqələrimiz qarşılıqlı fayda və hormətə əsaslanır və biz bu əlaqələrin pozitiv istiqamətdə davam edəcəyinə ümid edirik,"-Azərbaycan prezidenti bildirib.

Xəbər lenti

Xəbər lenti