...

İlkin ehtimala görə, Azərbaycan paytaxtında çörək sexində baş verən partlayış qaz sızmasından olub - FHN (ƏLAVƏ OLUNUB 1) (video)

Siyasət Materials 30 Yanvar 2009 11:12 (UTC +04:00)
İlkin ehtimala görə, Azərbaycan paytaxtında çörək sexində baş verən partlayış qaz sızmasından olub - FHN (ƏLAVƏ OLUNUB 1) (video)

Azərbaycan, Bakı, 30 yanvar / Trend , müxbir S.Kazımlı / Bakının Nərimanov rayonu ərazisində çörək sexində baş verən partlayışın qaz sızmasından olduğu deyilir.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseybov Trend -a  bildirib ki, ilkin ehtimala görə, hadisəyə səbəb qaz sızması olub. Onun sözlərinə görə, xəsarət alanlardan Dilşad Hüseynova artıq evə buraxılıb. Tamella Hüseynova və Gülnisə Lətifovanın vəziyyətləri orta-ağır qiymətləndirilir.

"Bakının Nərimanov rayonu ərazisində çörək sexində baş verən partlayışla bağlı xəsarət alanlardan biri 42 yaşlı Dilşad Hüseynova artıq evə buraxılıb", - cümə günü Trend -a Bakı şəhəri Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının baş həkiminin müavini Rauf Nağıyev daha öncə məlumat verib.

Nağıyev bildirib ki, Hüseynova əl kəsiyi və yanıq xəsarəti ilə xəstəxanaya daxil olub.

Trend -un hadisə yerində olan əməkdaşının məlumatına görə, digər xəsarət alanlar 1958-ci il təvəllüdlü Tamella Hüseynova və 1968-ci il təvəllüdlü Gülnisə Lətifovadır.

Bakının Nərimanov rayonu ərazisində sexdə baş verən partlayışla bağlı Cinayət Məcəlləsinin əmək mühafizəsi qaydalarını pozma (162-ci) maddəsi ilə cinayət işi açılıb, cümə günü daha öncə Trend -a Nərimanov rayon prokurorunun müavini Cavid Quliyev bildirib.

Bakının Nərimanov rayonunun ərazisində yerləşən sexdə partlayış baş verib, hadisə zamanı yaralananlar var, daha öncə Trend -a Nərimanov rayon Polis İdarəsinin 16-ci polis bölməsindən məlumat verilib.

Məlumata görə, hadisə keçmiş Karl Marks meydanı yaxınlığında yaşayış binasının zirzəmisindəki çörək sexində baş verib.

Polis bölməsindən bildiriblər ki, 16 mərtəbəli binanın zirzəmisində yerləşən çörək sexində baş verən partlayış nəticəsində, ilkin məlumata görə, 3 nəfər xəsarət alıb.

Hadisə yerinə yanğınsöndürən maşınlar, xilasedicilər və təcili tibbi yardım maşınları gəlib.

Quliyev partlayış nəticəsində 3 nəfərin yaralandığını təsdiqləyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti