...

Azərbaycan paytaxtında keçirilən mitinq zamanı deputat haqda ölüm fitvası verən daha bir şəxs saxlanılıb

Siyasət Materials 3 Fevral 2009 16:44 (UTC +04:00)
Azərbaycan paytaxtında keçirilən mitinq zamanı deputat haqda ölüm fitvası verən daha bir şəxs saxlanılıb

Azərbaycan, Bakı, 3 fevral / Trend , müxbir  K. Zərbalıyeva/ Azərbaycan paytaxtının Nardaran qəsəbəsində keçirilən mitinq zamanı ölkə parlamentinin deputatı haqda ölüm fitvasının verilməsində təqsirli bilinən daha bir qəsəbə sakini saxlanılıb.

DİN Sabunçu Rayon Polis İdarəsindən çərşənbə axşamı Trend -a  verilən məlumata görə, saxlanılan Hacı Hikmət adlı şəxs Nardaranda keçirilən aksiya zamanı millət vəkili Sabir Rüstəmxanlının başına 50 min manat pul qoyduğunu, onu öldürənin bu mükafata sahib olacağını bəyan edib.

2009-cu il yanvarın 9-da Bakı şəhəri, Nardaran qəsəbəsinin "İmam Hüseyn" meydanında keçirilən mitinqdə kənd ağsaqqalı kimi adı çəkilən Hacı Əli Hüseynov çıxış edərkən Vətəndaş Həmrəyliyi Patiyasının sədri, millət vəkili, xalq şairi, DAK həmsədri Sabir Rüstəmxanlının ünvanına nalayiq sözlər işlətmiş, onu terrorla hədələyib.

Kənd ağsaqqalları Azərbaycanın bəzi ziyalılarının xalqa yalan məlumat verdiyini, bununla millətə xəyanət etdiklərini deyib.

"Sabir Rüstəmxanlı kimi vicdansız ziyalılar millətə xəyanət edir, Azərbaycanın dərdini açıqlayan "Səhər" (İran kanalı nəzərdə tutulur - red.) kanalına böhtan atır. Bu hərəkətlərinə görə onun barəsində Nardaran ağsaqqallarından biri tərəfindən ölüm fitvası çıxarılıb. Sabir Rüstəmxanlı, sən bundan sonra cangüdənlərinin sayını artır", - etiraz aksiyasında açıqlanıb.

Faktla əlaqədar  Sabunçu Rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə (134-cü) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işinnin istintaqı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə tapşırırlıb.

Yanvarın 24-də  Nardaran sakini Hacı Əli Hüseynov şübhəli şəxs qismində saxlanılıb. Yanvarın 26-da Nərimanov rayon Məhkəməsi Nardaran sakini barəsində həbs-qətimkan tədbiri seçib. Bu barədə məhkəmə qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət verilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti