...

Azərbaycan MSK "Hüquq və demokratiya" təşəbbüs qrupunu qeydiyyata alıb

Siyasət Materials 3 Fevral 2009 16:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 fevral/ Trend , müxbir C.Babayeva/ Azərbaycan MSK "Hüquq və demokratiya" təşəbbüs qrupunu ölkə Konstitusiyasına dəyişikliklərlə əlaqədar keçirilən referendumda təbliğat qrupu kimi qeydiyyata alıb.

İmzalar 86 seçki dairəsindən yığılıb. 42 450 imzadan 40 759-u etibarlı, 1691-i etibarsız sayılıb, - MSK katibi Natiq Məmmədov çərşənbə axşamı qurumun iclasında bildirib.

Martın 18-də Azərbaycanda Konstitusiyanın 29-cu maddəsinə əlavə və dəyişikliklərin edilməsi üzrə referendum keçiriləcək.

Hakim Yeni Azərbaycan partiyasının referendum üzrə təşəbbüs qrupu, "Şəhər" və "Tərəqqi" təşəbbüs qrupları MSK-da təbliğat qrupları kimi qeydiyyata alınıblar. "Abad kənd" təşəbbüs qrupu qeydiyyatdan keçməyib.

Dairə seçki komissiyalarında 113 təşəbbüs qrupu qeydiyyatdan keçib.

Azərbaycanın Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas Qanuna dəyişikliklər edilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti