Moskvada iki Azərbaycan vətəndaşı öldürülüb. Bu barədə "İnterfaks"a çərşənbə günü şəhərin hüquq-mühafizə orqanlarındakı mənbədən bildiriblər.
Fevralın 4-də saat 02:50-də Mariino mikrorayonu, Novoçerkas bulvarı, ev 20 ünvanında, "Jiquli" markalı avtomobilin içində başından güllə yarası almış, 1957 və 1985-ci il təvəllüdlü iki Azərbaycan vətəndaşının cəsədi tapılıb.
Tibbi ekspertlərin rəyinə görə, hər iki şəxs aldıqları güllə yarasında ölüb. Hadisə yerindən 7,62 mm kalibrli gilizlər götürülüb.
Xüsusi qeydiyyat üzrə aparılan yoxlamalar zamanı qətlə yetirilənlərin şəxsiyyəti müəyyənləşdirilib. Həlak olanlardan 1957-ci il təvəllüdlü şəxs əvvəllər məhkum olunub. Cinayət işi qaldırılıb, araşdırma aparılır.