...

Gürcüstanlı leyboristlər Moskva ilə münasibətlərin normallaşdırılması yollarını axtarır

Siyasət Materials 4 Fevral 2009 17:19 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 04 fevral / Trend , müxbir N.Kirtsxaliya/

Gürcüstanın leyborist müxalifət partiyasının beynəlxalq məsələlər üzrə katibi Nestan Kirtadze Rusiya gürcülərinin Moskvadakı qurultayında iştirak edib. O, Tbilisidə boykot edilən qurultaya gedən yeganə Gürcüstan partiyasının nümayəndəsi olub.

"Moskvaya səfərin gedişində Kirtadze Rusiyanın siyasi elita və ictimaiyyət nümayəndələriylə görüşlər keçirməyi planlaşdırır", - leyborist partiyasının mətbuat xidmətindən məlumat verilib.

Bu gün onun, əsasən RF Dövlət Dumasında görüşlər keçirməsi gözlənilir.

Rusiya və Gürcüstan arasında diplomatik əlaqələrin kəsilməsindən sonra, leyboristlər, Gürcüstanda Moskva ilə münasibətlərin normallaşdırılması təklifini irəli sürən ilk partiya olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti