Gürcüstan, Tbilisi, 04 fevral / Trend , N.Kirtsxaliya/ Gürcüstan parlamentinin sədri David Baxradze ABŞ-ın Gürcüstan üzrə dövlət katibi Hillari Klintonun bir müddət əvvəl Berlində verdiyi bəyanatını "əhəmiyyətli" və "vacib" adlandırıb.
Almaniyanın xarici işlər naziriValter Ştaynmayerlə görüşünün gedişində dövlət katibi bildirib ki, Gürcüstan, Əfqanıstan və ABŞ və Aİ-nin vahid yanaşma tapması vacib olan uranın yayılması məsələsi ilə birlikdə prioritet mövzudur.
"Dövlət katibinin Gürcüstanı əsas prioritetləri sırasına daxil etməsi, Tbilisinin Vaşinqton tərəfindən dəstək siyasətinin davam etməsi deməkdir", - Baxradze vurğulayıb.
Onun sözlərinə görə, ABŞ yenidən Gürcüstanı dəstəkləməyə hazırdır.
"Biz ABŞ tərəfindən münasibətin dəyişdirilməsini deyil, ABŞ-ın Gürcüstana dəstək üzrə nəticəyə hesablanmış siyasətini gözləyirik", - spiker əlavə edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]