Azərbaycan, Naxçıvan, 5 fevral / Trend , müxbir E.Məmmədov / Naxçıvan MR Şərur rayonunun Çərçiboğan kənd sakini 1962-ci il təvəllüdlü Cabbarova Xatirə Məmmədhəsən qızı fevralın 4-də səhər saatlarında qazdan boğularaq ölüb.
X.Cabbarovanın cəsədi saat 11-30 radələrində kənddəki həyətlərindəki yan damında oğlu Behbud Cabbarov tərəfindən aşkarlanıb. Mərhum həmin balaca məişət damında paltar yuyurmuş. Ev sahibi olan həyat yoldaşı Murtuz Cabbarov tərəfindən oraya qeyri-qanuni yolla küstar üsulla çəkilmiş qaz xəttindən su qızdırmaq və damın istiliyini təmin etmək üçün istifadə edən X.Cabbarova bir müddət sonra dəm qazından zəhərlənib.
Murtuz Cabbarov müvafiq orqanlara müraciət etmədən və icazə almadan standartlara cavab verməyən əlavə qaz xətti çəkdiyinə görə rayonun aidiyyəti orqanları tərəfindən məsuliyyətə cəlb olunub. Faktla bağlı Şərur Rayon Prokurorluğu araşdırma aparır.