...

Qəzzədə aparılan hərbi əməliyyatlar Livninin siyasi iflası ola bilər

Siyasət Materials 10 Fevral 2009 15:20 (UTC +04:00)
Qəzzədə aparılan hərbi əməliyyatlar Livninin siyasi iflası ola bilər

Azərbaycan, Bakı 10 fevral/ Trend , müxbir Ü.Sadıqova/ Ekspertlər hesab edirlər ki, qarşıda duran parlament seçkilərində Tsipi Livninin qələbə qazanacağı az ehtimal olunur, çünki hökumət HƏMAS-dan İsrail əhalisinə gələ biləcək təhlükəyə tam olaraq son qoya bilmədi.
"Qəzzədə aparlan hərbi əməliyyatların nəticəsi ola bilsin ki, seçkilərdə qələbə qazanmaqda müxalifətin sağ qanadına kömək etsin, çünki onlar HƏMAS-ı məhv edəcəklərinə vəd veriblər", - deyə Trend -a Təl-Əvivdən telefonla Beqin-Sadat Strateji Araşdırmalar Mərkəzinin (BESA) analitiki Şmuel Sandler (Shmuel Sandler) bildirib.

Bu gün İsraildə Knessetə parlament seçkiləri keçirilir. Seçkilərin lideri "Likud"un sağ blokunun lideri Binyamin Netanyaxu favorit hesab olunur. O, Jerusalim Post saytının sorğusuna əsasən, əsas rəqibi, hakim "Kadima" sentrizim partiyasının lideri Tsipi Livnini beş səs qabaqlayıb.

Növbədənkanar seçkilərin keçirilməsinə zərurət ötən ilin oktyabrında yaranıb. O zaman Baş nazir Exud Olmert korrupsiyada ittiham olunduğuna görə istefa verməli olub. "Kadima"da keçirilən partiyadaxili seçkilərdə Livni qalib gəlib. Lakin "ŞAS" ultrakonservativ dini partiya yeni hökumət koalisiyasına daxil olmaqdan imtina edib.

İsrailin xarici işlər naziri postunu tutan Livninin reytinqi İsrail ordusu tərəfindən Fələstinin HƏMAS qruplaşmasının üzvlərinə qarşı Qəzzə Zolağında aparılan 22 günlük hərbi əməliyyatların dayandırılmasından sonra düşüb. "Ərimiş qurğuşun" əməliyyatlarının aparılmasında məqsəd HƏMAS-ın bütün hərbi infrastrukturunun, Misirin Qəzzə ilə sərhədində yerləşən və silah tədarük olunan tunelin dağıdılması olub. 
İsrail KİV-nin verdiyi məlumata görə, HƏMAS-ın müqavimətinin azaldılmasına baxmayaraq, İsrail müxalifəti hökumətin apardığı hərbi əməliyyatların nəticələrindən razı deyil və onları səmərəsiz hesab edir.

RİA Novosti Agentliyinin məlumatına görə, Qertsli şəhərində keçirilən beynəlxalq konfransda çıxış edən Netanyaxu hazırkı hökuməti tənqid edib. Onun fikrincə, hökumət Fələstin anklavasında hərbi əməliyyatların başa çatdırılması barədə tələsik və qeyri-qənaətbəxş qərar qəbul edib.

"Son günlərdə daha bir "Qəssam" raketi Sderotda partladılıb. Nə dəyişdi? Bizə vəd olunan cavablar hardadır? Cavabında isə sükutdan başqa heç nə eşitmirik!" - deyə "Likud" lideri Netanyaxu seçkiqabağı kampaniya zamanı bildirib.

İsrailin cənub şəhərləri sonuncu dəfə bazar günü raket zərbələrinə məruz qalıb, ölən və yaralananlar barədə məlumat verilmir. Əvvəllər HƏMAS-ın cənubda yerləşən Sderot və Aşkelon şəhərlərinə endirdiyi raket zərbələri nəticəsində dörd dinc sakin həlak olub.
Bar-İlan Universitetinin (Bar Ilan University) politologiya professoru Yaxudit Auerbax (Yehudit Auerbach) hesab edir ki, HƏMAS və İsrail arasında qarşıdurmanın hələ başa çatmadığı bu cür gərgin müharibə vəziyyətində İsrail ictimaiyyəti daha güclü liderə ehtiyac duyur.
"Netanyaxunun hərbi təcrübəsi ona seçkilərdə qalib gəlməyə kömək edə bilər, çünki İsrail ictimaiyyəti məhz etibarlı müdafiəçi [HƏMAS-ın hücumlarına qarşı] istəyir", - deyə Trend -a telefonla Qüdsdən Auerbax bildirib.
Auerbax hesab edir ki, İsralin cənubunda HƏMAS ilə münaqişə zonasında yaşayan əhali hazırkı vəziyyət və seçkilərin nəticələrindən xüsusi olaraq narahatdır və onların səsi həlledici ola bilər.

İsrail KİV-in ekspertlərə istinadən verdiyi məlumata görə, "Avoda" partiyasının lideri və İsraliin müdafiə naziri Exud Barak Qəzzədə hərbi əməliyyatlara dəstək göstərilməsi sayəsində reytinqini artırıblar.
Sorğunun nəticələrinə görə, hərbi əməliyyatlar başlayanadək hazırda dördüncü yeri tutan Barak öz reytinqini Knessetdə 8-9 yerdən 16-17 yerədək artırıb.

İsrail ekspertləri hesab edirlər ki, "Kadima"nın HƏMAS-ı tam olaraq məhv etməkdə aciz olması seçkilərin gedişatına təsir göstərə bilər, belə ki, İsrail ictimaiyyəti Fələstin hərəkatına qarşı münasibətdə radikal mövqe tutur.

Aviqdor Libermanın rəhbərlik etdiyi "ŞAS" və "Bizim evimiz - İsrail" partiyası HƏMAS-ı məhv etmək və yalnız bundan sonra fələstinlilərlə danışıqlara başlamaq niyyətində olduğunu bəyan edib.

Bu partiya Qərb Sahilində yəhudi məskənlərinin tam zəbt edilməsi və ərəblərlə sərhədlərin bağlanmasına qarşı çıxış edir.
Lakin israilli analtik Auerbax hesab edir ki, Livninin fələstinlilərə münasibətdə liberal siyasəti İsrailə qadının rəhbərlik edə biləcəyini göstərir.

Britaniyanın Çatham Haus (Chatham House) İnstitutunun İsrail siyasəti üzrə analitiki Yossi Mekelbgrq (Yossi Mekelberg) hesab edir ki, seçkilərin yekununa təkcə Qəzzədə aparılan hərbi əməliyyatlar deyil, həm də İsraili üçün iqtisadi və sosial nəticələr də təsir göstərə bilər.

"Kadimanın üstünlüyü onun geniş ictimai rəyə malik olmasındadır və seçkilərdə məğlub olacağı təqdirdə, müxalifətə keçə bilər", - deyə Trend -a telefonla Londondan Mekelberq bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti