İranın xarici işlər naziri fevralın 11-də İraqa rəsmi səfər edib. Bu barədə İranın İRİNN xəbər kanalı məlumat yayıb.
İranın XİN rəhbəri Mənuçöhr Müttəki İraqa 4 günlük səfəri zamanı İraq prezidenti Cəlal Talibani, Baş nazir Nuri əl-Maliki və xarici işlər naziri Huşyar Zeybari ilə görüşəcək. Görüş zamanı iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin genişləndirilməsi məsələsi müzakirə olunacaq.
Müttəkinin həmçinin İraqın Kürdistan əyalətinə, Bəsrə və Nəcəf şəhərlərinə də səfər edərək, rəhbər şəxslərlə görüş keçirəcəyi nəzərdə tutulub.
Səfərdə Müttəkini İranın enerji, nəqliyyat, maliyyə, ticarət nazirlərinin müavinləri, eləcə də İranın bəzi bank rəhbərləri müşayiət edəcək.