...

Azərbaycan müxalifət partiyalarının iki təşəbbüs qrupu qeydə alındı

Siyasət Materials 11 Fevral 2009 16:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 fevral / Trend , müxbir C.Babayeva/ Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) çərşənbə günü keçirilən iclasında müxalifətin "Qarabağ və Respublika Uğrunda Hərəkat" və "Respublikaçılar" təşviqat qruplarını qeydə alınıb.

"Respublikaçılar" təşviqat qrupu 41 077 imza təqdim edib ki, bundan da 40 337-i etibarlı sayılıb", - Trend -un məlumatına görə, iclasda MSK katibi Natiq Məmmədov deyib.

Onun sözlərinə görə, "Qarabağ və Respublika Uğrunda Hərəkat" isə 42 011 imza təqdim edib ki, bundan da 41 430-u etibarlı sayılıb.

Bundan öncə referendum üzrə "Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və demokratiya", "Vətəndaş Cəmiyyəti", "Davamlı İnkişaf  Naminə" və "Zəka" təşəbbüs qrupları MSK-da təşviqat qrupları kimi qeydiyyata alınıblar. "Abad kənd" və "Azad söz" təşəbbüs qrupları qeydiyyatdan keçməyib.

Bununla da qeydə alınan təşviqat qruplarının sayı doqquza çatıb.

Seçki Məcəlləsinə görə, hər bir qrupunun təşviqat qrupu kimi qeydə alınması üçün ən azı 40 000 etibarlı imza təqdim edilməlidir.

Martın 18-də Azərbaycanda ölkə Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi üzrə referendum keçiriləcək.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas Qanuna dəyişikliklər edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti