...

ATƏT ölkələri Gürcüstandakı müşahidəçi missiyanın mandatını uzatmaq qərarına gəlib

Siyasət Materials 12 Fevral 2009 16:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 fevral / Trend , müxbir Е.Оstapenko/ "Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) bütün 56 ölkəsi bu gün Gürcüstandakı müşahidəçi missiyanın mandatını iyunun 30-na qədər uzatmaq qərarını qəbul edib", - ATƏT-in press-relizində deyilir.

"Daimi Şura 19 avqust 2008-ci il 861 nömrəli qərarının 30 iyun 2009-cu ilə qədər uzadılmasına, Daimi Şuranın ATƏT-in gələcək mövcudluğu haqda hər hansı sonrakı qərarlarına ziyan olmaması şərtilə qərar verir", - qərarda deyilir.

ATƏT-in hazırkı sədri, Yunanıstan XİN rəhbəri Dora Bakoyannis bu addımı alqışlayır. Onun fikrincə, mandatın uzadılması göstərir ki, bütün ölkələr ATƏT-in regionda uzunmüddətli sabitliyin təmin olunmasında beynəlxalq səylərin vacib elementi olması ilə razıdır.

"Mən əminəm ki, biz ATƏT-in regionun bütün xalqları üçün vacib işini davam etdirmək və cari humanitar məsələlərin həllinə yardımçı olmasına təminat üçün bu konsensusa arxalana bilərik", - Bakoyannis bildirib.

ATƏT-in Gürcüstandakı müşahidəçi missiyasının mandatı 31 dekabr 2008-ci ildə başa çatıb və bugünkü qərardan asılı deyil. ATƏT-in Gürcüstandakı missiyası 1992-ci ildən fəaliyyət göstərir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti