...

Gürcüstanda ölkə inkişafına yardım üçün komissiya yaradılıb

Siyasət Materials 12 Fevral 2009 18:50 (UTC +04:00)

Gürcüstan, Tbilisi 12 fevral / Trend , muxbir N.Kirtsxaliya/ Bu gün Gürcüstanda olkənin demokratik inkişafı üçün idarələrarası yardım komissiyasi yaradılıb. Komissiya rəhbəri cümə axşamı Baş nazir Nika Qilauri tərəfindən jurnalistlərə təqdim olunan cəzaların icrası üzrə, probasiya və hüquq məsələləri üzrə köməkçi Dmitriy Şaşkindir. "Mən bu gün komissiyanın yaranması və rəhbərinin təyin olunması barədə əmr imzalamışam və düşünürəm ki, bu komissiya ölkənin demokratik inkişafı yolunda böyük rol oynayacaq", - hökumət başcısı deyib.

Şaşkinin sözlərinə görə Gürcüstana "çox demokratiya lazımdır". "Bizə güclü demokratik institutlar lazımdır, məhz buna görə də bu komissiya yaradılıb", - nazir qeyd edib. Şaşkin hər iki, yəni parlamentə daxil olan və olmayan muxalifətləri və QHT-ni də əməkdaşlığa çağırıb.

"Biz bu prosesin gələcəkdə də davam etməsi üçün əlimizdən gələni etməliyik", - Şaşkin əlavə edib.

Məqalənin müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti