Azərbaycan, Bakı, 13 fevral / Trend / Niderlandiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu barədə Niderlandiya XİN-in siyasət məsələləri üzrə baş direktoru Piter de Xayer Azərbaycan XİN başcısı Elmar Məmmədyarovla görüşdə deyib. Məlumatı Azərbaycan XİN mətbuat xidməti yayıb.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycanın 20 faiz ərazisi xüsusən Dağlıq Qarabağ və onun yeddi rayonu Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır.
Xayer bidirib ki, regionda stabillik çox vacibdir. Məmmədyarov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövliyi çərçivəsində həll olunmalıdır.
"Niderlandiya Azərbaycanın "Şərq əməkdaşlığı" proqramına qatılmasını bütövlüklə dəstəkləyir", - nazir Cənubi Qafqazda baş verən proseslərdən danışarkən vurğulayıb.
məqalənin müəllifi ilə əlaqə ünvanı: [email protected]