...

Azərbaycan və İtaliya əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər – səfir

Siyasət Materials 14 Fevral 2009 09:19 (UTC +04:00)
Azərbaycan və İtaliya əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər – səfir

Azərbaycan, Bakı, 13 fevral/ Trend , müxbir N.Abdullayeva/ İtaliya xarici işlər nazirinin müavini Alfredo Mantika Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində martın 2-3-də Bakıda İtaliya və Azərbaycan arasında ikitərəfli əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə edəcək. Bu barədə cümə günü Trend -a Azərbaycanın İtaliyadakı səfiri Emil Kərimov məlumat verib.

Kərimov bildirib ki, Azərbaycan ilə İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın həmsədri olan Mantika Bakıda ticari-iqtisadi, enerji və humanitar sahələrdə iki ölkə arasında mövcud olan qarşılıqlı əlaqələrin geniş spektrini müzakirə edəcək.

Səfir deyib ki, nazir müavininin səfər proqramı diplomatik yollarla dəqiqləşdirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti