...

İrakli Alasaniya bu gün siyasi komandasını təqdim edəcək

Siyasət Materials 16 Fevral 2009 11:20 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 16 fevral/ Trend , müxbir N.Kirtsxaliya/ Bu gün İrakli Alasaniya ictimaiyyətə siyasi komandasını təqdim etmək niyyətindədir.

"Mən siyasi fəaliyyətimi birgə aparacağım insanları ictimaiyyətə təqdim edirəm, lakin hazırkı mərhələdə konkret adlar açıqlamayacağam", - deyə jurnalistlərə Alasaniya bildirib və əlavə edib ki, onun siyasi komandasına təmsil olunacaq nümayəndələrdən başqa tədricən digər şəxslər də qoşulacaq.

Alasaniya hələ də öz komandasının üzvlərini açıqlamır, lakin qeyri-rəsmi olaraq onların bəzilərinin adları məlumdur. Viktor Dolidze, Levan Mikeladze və Zurab Abaşidze diplomatik yollarını siyasi istiqamətə yönəldəcəklər.

Alasaniyanın siyasi komandasının təqdimat mərasiminə bütün siyasi partiyalar və diplomatik korpusların Gürcüstana akreditə olunan nümayəndələri dəvət olunublar.

Təqdimat saat 18:00-da "Kortiard Merriott" mehmanxanasında keçiriləcək. 

Məqalə müəllifi il əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti