Gürcüstan, Tbilisi, 16 fevral / Trend , müxbir N.Kirtsxaliya/ Fevralın 17-si Gürcüstanın Xarici İşlər Nazirliyində Avropa Komissiyasının ekspertləri ilə görüş olacaq. Bu barədə bu gün keçirilən ənənəvi brifinqdə Gürcüstanın XİN rəhbəri müavini David Calaqoniya bildirib.
Onun sözlərinə görə, Avropa Komissiyasının ekspertləri gürcü həmkarları ilə Gürcüstan və Aİ arasında viza rejimininin sadələşdirilməsinə dair konsultasiya keçirəcək. 2009-cu ilin əvvəlində Avropa İttifaqı sadələşdirilmiş viza rejiminin tətbiqinə dair Tbilisi ilə danışıqlar aparmaq üçün xüsusi Komissiya yaradıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]