...

Parlamentin daha bir komitəsi "Manas"ın bağlanması barədə qərarı dəstəkləyib

Siyasət Materials 17 Fevral 2009 13:29 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 17 fevral/ Trend , müxbir A.Tanayev/ Qırğızıstan parlamentinin (Joqorku Keneş) artıq üçüncü komitəsi - konstitusiya qanunvericiliyi, dövlət quruculuğu, qanun və insan haqları üzrə komitə - çərşənbə axşamı respublika prezidenti Kurmanbek Bakiyevin "Manas" aviabazasının bağlanması barədə qərarını dəstəkləyib.

Fevralı 3-də Qırğızıstan prezidenti Bakiyev respublika ərazisində aviabazanın fəaliyyətinin dayandırılması barədə qərar qəbul etdiyini, lakin yekun qərarın parlament tərəfindən qəbul ediləcəyini bildirib.

Sazişin parlament tərəfindən ləğv edilməsi üçün reqlamentə əsasən, üç komitə bu haqda qərar çıxartmalıdır: beynəlxalq, konstitusiya və müdafiə, həmçinin hər üç franksiya.

Müdafiə və beynəlxalq komitələr artıq sazişi təsdiq edib.

Parlament bu məsələnin cümə axşamı Jorku Keneşin yığıncağında səsverməyə çıxarılmasını tövsiyə edib. 

Aviabaza Qırğızıstanda 2001-ci ildə BMT-nin mandatı üzrə koalisiya qüvvələri tərəfindən Əfqanıstanda aparılan "Sarsılmaz azadlıq" adlı antiterror əməliyyatlarına dəstək məqsədilə yaradılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti